Xəbərlər
Birinci Avropa Oyunları çərçivəsində “Street Athletics” turniri keçiriləcək
Birinci Avropa Oyunları çərçivəsində iyunun 24-25-də Bakıdakı Fəvvarələr meydanında şüvüllə və hündürlüyə tullanma üzrə “Street Athletics” turniri keçiriləcək.
Turnirin idman direktoru Ukraynanın şüvüllə tullanma üzrə keçmiş idmançısı, 2000-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Qovorovadır.
Bakıya Rafael Xoltsdeppe (Almaniya), Aleksandr Qripiç (Rusiya), Stiven Lyuis (Böyük Britaniya), hündürlüyə tullanma üzrə dünya və Avropa çempionu Boqdan Bondarenko, 2014-cü il Avropa çempionatının gümüş mükafatçısı Andrey Protsenko (hər ikisi Ukraynadandır) və başqaları gələcəklər.