YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük daşınıb

Cari ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük, 80,9 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox sərnişin daşınıb.

Məlumata görə, dəhlizdə daşınmış yüklərin 54,7 faizi avtomobil, 31,4 faizi dəmir yolu, 13,9 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında isə 5,8 faiz artım qeydə alınıb. Daşınmış yüklərin 19,9 faizini və ya 2,7 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 130,7 milyon manat, sərnişin daşınmasından isə 30,0 milyon manat gəlir əldə olunub.

 

DİGƏR Xəbərlər Arxiv