Xəbərlər
Şəhidlər qürur yerimizdir!
Gədəbəy rayonunun Novoivanovka kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Vüsal Hüseyn oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi məzarı önündə ehtiramla yad edilib.
Anım mərasiminə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev, kənd sakinləri qatılıblar.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.