Xəbərlər
Nəsimi rayonunda partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Elçin İsaqzadə qəsəbəsi 7-ci köndələn” ünvaı üzrə ərazi partiya təşkilatında (Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu) partiyanın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə aid videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi otuzillik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya günəş kimi doğmaqdadır və aparılan məqsədyönlü islahatların fonunda Yeni Azərbaycan Partiyasında aparılan islahatlar da bu gün öz parlaq nəticəsini verməkdədir.
Sonra çıxış edən Standartlaşdırma İnstitutunun Baş direktoru, “Elçin İsaqzadə qəsəbəsi 7-ci köndələn” üzrə ərazi partiya təşkilatının sədri İlham Bayramov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikası Prezidenti, partiyanın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.