Xəbərlər
Deputat Naqif Həmzəyev vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Azərbaycna Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Vətəndaşlarla fərdi qaydada görüşən Naqif Həmzəyev onların müraciət və təkliflərini dinləyib, problemləri ilə tanış olub.
Görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdikləri problemlər, məşğulluq, maddi yardım və s. bu kimi məsələlər başlıca yer alıb.
Deputat eyni zamanda bildirib ki, müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.