Xəbərlər
Azərbaycanın Albaniya, Keniya və İsraildə səfirlikləri açılacaq
Azərbaycan Respublikasının Albaniya və Keniya respublikalarında, eyni zamanda, İsrail Dövlətində səfirlikləri açılacaq.
Bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi isə paytaxt Təl-Əvivdə yerləşəcək.
Sənəd səsə qoyularaq təsdiq edilib.