Xəbərlər
Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilir
Noyabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir.
İclasda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələr birinci oxunuşda müzakirə edilir.
İclasda hökumət üzvləri də iştirak edirlər.