YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Sovet İttifaqının süqutu ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdən getməsindən sonra erməni separatçılar məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin. Qismən də olsa, buna nail ola bildilər. Həmin dövr ərzində  Ermənistan və qondarma separatçı rejimin nümayəndələri mütəmadi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdilər. Azərbaycanın ərazilərini uzun illər işğal altında saxlayan Ermənistanın güzəştsiz və qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin dinc yolla siyasi nizamlanmasına nail olunmadı. Prezident dəfələrlə çalışdı ki, məsələ sülh yolu ilə həllini tapsın. Amma Qarabağı Ermənistanın bir hissəsi elan edən Baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyərək münaqişənin sülh yolu ilə həlli üçün bütün beynəlxalq səyləri boşa çıxardı.

Ardıcıl təxribatlar, xüsusən də 2020-ci ilin iyulunda Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə baş verən toqquşmalar bölgədəki bütün sülh səylərinə zərbə vurdu. Sonradan Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar törətdi. Elə həmin gün Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı hərbi əks-hücuma keçdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. 30 il ərzində əldə etmək istədiklərinin heç birinə nail olmayan Ermənistana müzəffər ordumuz öz layiqli yerini göstərdi. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu göstərdi. Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 19 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Və bu işlər daim  dövlətimizin başçısının birbaşa nəzarətində saxlanılıb. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır.

Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər 44 günlük Vətən müharibəsində bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır. Həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək  daha böyük uğurlara imza atacaq.