YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: “Azərbaycan-Albaniya əlaqələri müxtəlif sahələr üzrə uğurla inkişaf edir”

Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına dövlət səfəri edib. Paytaxt Tiranadakı “Brigades” Sarayında dövlət başçısı İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay tərəfindən rəsmi qarşılanma mərasimi olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Daha sonra hər iki dövlət başçısının təkbətək görüşü, lanç əsnasında geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüş olub, Tiranada “Mother Albania” abidəsini ziyarət edib. Görüşlər başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər, bir sıra vacib məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə, Albaniyaya dövlət səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrin inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, Azərbaycan xarici siyasət kursunda digər dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır: “Azərbaycanla Albaniya arasında siyasi dialoq uğurla aparılır. İki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı aparılan birgə müzakirələr öz nəticələrini verir. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkaşlıq əlaqələri mövcuddur və gələcəkdə də bu əlaqələrin davam etdirilməsi üçün siyasi iradə var. Bir sözlə, iqtisadi, sənaye, energetika sahələrində münasibətlər inkişaf edir və bu əlaqələr dövlətlərimizin və xalqlarımızın daha da yaxınlaşmasına əhəmiyyətli dərəcədə təsir edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Bu il Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək. Bir sözlə, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”.

Azərbaycana Vətən müharibəsində, haqq savaşında göstədiyi dəstək də Albaniya ilə əlaqələrimizin səmimi olaraq daha da yaxınlaşmasına səbəb oldu. Çünki Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan 30 ilə yaxın misilsiz vandallıqla işğal altında saxlanılan torpaqlarını azad edərkən, verdiyi haqq mücadiləsində dost, qardaş ölkələrin siyasi və diplomatik dəstəyini heç bir zaman unutmur və unutmayacaq. Bu mənada, Albaniya rəsmiləri Azərbaycanı tarixi zəfərə aparan Vətən müharibəsində verdikləri açıqlamalarla hər zaman dəstəkləyiblər.

Albaniya Prezidenti Bayram Beqayın da öz növbəsində səfər barədə yüksək təəssüratlarının yarandığını qeyd etdi. Belə yüksək səviyyəli səfər münasibətlərinin inkişaf etdirilməsinin, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı iradəmizin təzahürü olduğunu diqqətə çatdırdı. Eyni zamanda vurğuladı ki, Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib.