YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Albaniya arasında siyasi-iqtisadi əlaqələr genişlənir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin qlobal nüfuzu fəal xarici siyasətimizi şərtləndirən ən əsas amildir. Digər ölkə başçıları ilə sıx qarşılıqlı təmaslar ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir. Noyabrın 15-də dövlətimizin başçısının Albaniyaya dövlət səfəri bu deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan və Albaniya arasında güclü dinamizmə malik siyasi dialoq mövcuddur. Əvvəlki illərdə Albaniya prezidentləri Azərbaycana çoxsaylı səfərlər etmişdir. Azərbaycan torpaqlarının işğalı dövründə və Vətən müharibəsi zamanı ölkəmizin apardığı haqq savaşında Albaniya hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib. Bu dəstək hər zaman yüksək qiymətləndirilərək qarşılıqlı olub. Albaniya NATO üzvü olaraq NATO-Azərbaycan əlaqələrinin inkişafına böyük dəstək vermişdir. Azərbaycan yeganə ölkələrdəndir ki, NATO üzvü olmayaraq sülhməramlı missiyaya ilkin dövrdə qoşularaq alyansın işinə töhvə verib. Əfqanıstanı tərk edən son iki hərbi kontingentdən biri Azərbaycana məxsus olub.

30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında qalan Azərbaycanın torpaqları BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq icra edilmirdi. Beynəlxalq birlik buna göz yumaraq Ermənistanın işğalçılıq siyasətinə son qoyacaq heç bir əməli addım atmamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər gün bu torpaqların işğaldan azad olunmasına çalışırdı və qeyd olunan qətnamələrin icrasını təkbaşına edərək işğala son qoyub.  Ermənistan tərəfindən işğal dövrü ərzində kütləvi, misli görülməmiş cinayətlər törədilərək torpaqlarımız urbisidə məruz qalıb. Bu gün artıq həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır və böyük qayıdış üçün fəal quruculuq prosesi həyata keçirilir.

Azərbaycan iqtisadiyyatı ağır müharibədən çıxmağına baxmayaraq ötən iki il ərzində yüksələn xəttlə inkişaf edib. Əməkdaşlıq edilən ölkələrlə iqtisadi münasibətlərin göstəriciləri daha da artır. Ən vacib əməkdaşlıq sahələrindən biri də qazdır. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi xüsusi rola malikdir. Azərbaycan və Avropa Komissiyası arasında bu ilin iyul ayında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumuna əsasən Azərbaycan tərəfindən 2027-ci ilə qədər Avropaya nəql olunan qaz iki dəfə artıralacaqdır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri olaraq Cənub Qaz Dəhlizinin icrasında mühüm töhvələr veriblər. Bununla bərabər Albaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin turizm, kənd təsərrüfatı, müasir texnologiyalar, qaz təsərrüfatının inkişafı sahəsində genişlənmək potensialı var.  Bu baxımdan hər iki ölkənin iqtisadiyyat və sənaye üzrə müştərək işçi qrupu qarşılıqlı təmaslarını artıraraq mövcud imkanları reallığa çevirə bilər.