Xəbərlər
Azərbaycan Batumidə keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
Mayın 20-də Batumidə “EXPO Batumi-2015” 8-cı beynəlxalq turizm və otelçilik sərgisi açılıb.
GEONET EXPO-nun təşkil etdiyi sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Litva, Polşa, Almaniya, Belarus və digər ölkələrin turizm və otelçilik şirkətləri iştirak edirlər.
Sərgi iştirakçıları üçün informasiya turları, müxtəlif təqdimatlar və s. tədbirlər də nəzərdə tutulub.
Sərgi mayın 22-də başa çatacaq.