Xəbərlər
Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
Xarici işlər naziri Ceyhun Bayramov rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “İstanbul şəhərində İstiqlal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”