YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarixi missiyası

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

İki il bndan öncə, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycan-Ermənistan münaqişəsinin hərbi mərhələsinin başa çatmasını təsbit etdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi itkilərə məruz qoyuldu. Ermənistan ordusu darmadağın edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu gün artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi vahidi yoxdur. Mövcud olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Qarabağın bütün rayonları da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi müasir müharibə taktikasının bu gün bütün dünyada öyrənilməsi şanlı Ordumuzun qüdrətinə dəlalət edən daha bir amildir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ savaşı zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda yaranan yeni reallıqlar region ölkələri qarşısında böyük iqtisadi inkişaf perspektivləri açdı. Təbii ki, bu imkanlar regional iqtisadi əməkdaşlıqda maraqlı olan ölklər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.

Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.