Xəbərlər
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrə baş çəkib
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində olmuşdur. Baş nazirin müavini yaralılarla görüşmüş, tibb heyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.