YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin ilk media konfransında həmin ölkələrdə KİV-lərin rolu müzakirə olunacaq

Mayın 19-dan 20-dək Riqada “Şərq Tərəfdaşlığı” (ŞT) Proqramının üzvü olan ölkələrin ilk media konfransı keçiriləcək. Konfransda 350-dən çox nümayəndə, o cümlədən KİV-lər sahəsində ekspertlər, siyasətçilər, alimlər, ŞT-ya üzv ölkələrin – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan, eləcə də Avropa İttifaqı ölkələrindən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər. Konfransı Seymin sədri İnara Murniyetse açacaq.

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han, Latviyanın sabiq prezidenti və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa, Latviyanın mədəniyyət naziri Datse Melbarde, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjniyeks, ATƏT-in söz və KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç və Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları məsələləri üzrə Avropa Komissiyası Direktorluğunun rəhbəri Kristian Danielson Konfransın xüsusi qonaqları arasındadır.

Latviyanın Aİ Şurasına sədrliyi çərçivəsində Avropa komissiyası və Avropa Xarici Siyasi Fəaliyyət Xidməti ilə əməkdaşlıq şəraitində təşkil edilən birinci media konfransda KİV-lərin azadlığı sahəsində problemlər müzakirə olunacaq.

Mayın 19-da xüsusi tədbir keçiriləcək. Tədbirdə Avropa Demokratiyaya Dəstək Fondu ŞT regionunda və onun hüdudundan kənarda rusdilli KİV-lərin vəziyyətinin ilkin icmalını təqdim edəcək.