YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək 28 il ərzində ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədiyini qeyd etdi. Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib.

Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Lakin bütün bunlara baxmayaraq Ermənistan yenə də məkirli niyyətlərindən əl çəkmir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar bunu bir daha sübut etdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordan başqa bir şey deyil.

Oktyabrın 6-da Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu.

ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Baxmayaraq ki, Fransa Prezidentinin bu görüşdə iştirak etməsinə razılıq verilib, Qarabağ münaqişəsi nizamlandığına görə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyasına və  Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.

Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən xətt çəkdi. Praqadakı görüşdən sonra Fransa Prezidenti yalan və təxribat xarakterli bəyanatlarla çıxış edərək Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirərək, dünya ictimaiyyətini çaşdırmağa səy göstərdi.

Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparıb.

2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanatın bütün müddəalarını Azərbaycan yerinə yetirir, həmçinin Ermənistandan Qarabağa girişin təmin edilməsində heç bir maneənin olmamasını təmin edir.