Xəbərlər
İntiqam Babayev: “2016-2020-ci illərdə Dövlət Proqramı” üzərində artıq işə başlanılıb
“2016-2020-ci illərdə Dövlət Proqramı” üzərində artıq işə başlanılıb. Bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
İ.Babayev qeyd edib ki, proqram “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən hazırlanır. Onun sözlərinə görə, bir çox məsələlərin, hədəflərin, görüləcək işlərin strategiyası və icrası dövlət proqramları çərçivəsində həyata keçiriləcək.
«Biz artıq bir neçə ay bundan əvvəl anons vermişdik ki, elektron ünvan da yaradılıb ki, gənclər təkliflərini təqdim etsinlər. Eyni zamanda, rayonlarda, müəssisələrdə, təhsil ocaqlarında, ayrı-ayrı qruplarla müzakirələr keçirilib. Bizim bu ay son müzakirəmiz başa çatmaq üzrədir və əsas hədəf növbəti dövlət proqramına dair ideya və təklifləri dinləməkdən ibarətdir»- deyə, nazir müavini vurğulayıb.