Xəbərlər
Prezident İlham Əliyev Bağdat Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.