Xəbərlər
Özbəkistanın xarici işlər naziri Vladimir Norov: Xalqlarımız arasında dostluq əbədi olsun
Azərbaycan və Özbəkistan, xalqlarımız arasında dostluq əbədi olsun.
Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımında yazıb.
Nazir paylaşımına "Müstəqilliyin Bərpası Günü” həştəqini də əlavə edib.