Xəbərlər
Bir milyondan çox mina, təxminən 30 il və 25 milyard ABŞ dolları...
İtaliyanın “Agenzia Nova” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında işğaldan azad olunan ərazilərdəki mina problemi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.
Yazıda Prezident İlham Əliyevin Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirdiyi, ilkin hesablamalara görə, Ermənistanın işğal zamanı bir milyondan çox mina basdırdığını vurğuladığı qeyd olunub. Prezident İlham Əliyevin çıxışı zamanı beynəlxalq mütəxəssislərin hesablamalarına istinad etdiyi, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirdiyi vurğulanıb.