YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunuş torpaqlarda genişmiqyaslı işlər görülür

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Prezident  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cari ilin oktyabr ayının 4-də Ağdam rayonuna səfəri  bir daha göstərdi ki, işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulması dövlətin  ən vacib məsələlərindəndir. Ölkə başçısının və vitse-prezidentin yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmaları və digər  təməlqoyma mərasimlərində iştirak etmələri  Ağdam rayonunun və eləcə də işğaldan azad olunmuş bölgələrimizin yaxın vaxtlarda daha gözəl formada bərpa olunacağına əminliyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına, elan etmədən başladığı ədalətsiz müharibəyə beynəlxalq təşkilatların münasibətlərinə də bir daha aydınlıq gətirib. Reallıq ondan ibarətdir ki, BMT təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin 30 ilə həll edə bilmədiyi və yaxud  həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu 44 gün ərzində həll etdi.

Hazırda  keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına tez bir zamanda geri qaytarmaq üçün genişmiqyaslı işlər görülür. Lakin genişmiqyaslı işlərlə yanaşı, ən böyük çətinliklərdən biri ərazilərin  minalardan təmizlənməsidir. Müharibə iki il bundan əvvəl başa çatmasına baxmayaraq yüzlərlə vətəndaşımız minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra dünyanın bir çox dövlətlərindən olan nümayəndələr, jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyətinin nümayəndələri buraya gələrək törədilmiş vəhşiliyi öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılmışdır.

İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq, bu qərarlar 30 il ərzində kağız üzərində qaldı.

Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu, onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Azərbaycan artıq bu haqsızlığa dözə bilməzdi. 27 sentyabr 2022 cil tarixdə Ermənilərin növbəti təxribatının qarşısı müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz Azərbaycan ordusu tərəfindən 44 gün ərzində həll olundu.

Tam əminik ki, cənab Prezidentin apardıgı məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş torpaqlarımız tamamilə bərpa olunacaq, məcburi köçkünlərimiz öz dədə baba yurdlarına qayıdacaqdır.

DİGƏR Xəbərlər Arxiv