YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin əziz xatirələrinə ehtiram

Ağstafada Vətən müharibəsi şəhidi Bəşirov Akif Vahid oğlunun şəhadətinin ildönümü, Tovuz döyüşləri şəhidi İsmayılov Nazim Əfqan oğlunun isə doğum günü münasibətilə əziz xatirələri anılıb.

Anım tədbirlərində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, RİH yanında İctimai Şuranın üzvləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Qarayazı Dövlət Təbiət Qoruğunun direktoru Vüqar Tağıyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Soyuq Bulaq qəsəbə qəbiristanlığında Akif Bəşirovun, Kol Xəlifəli kənd qəbiristanlığında isə Nazim İsmayılovun məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Akiflə eyni məzarlıqda uyuyan şəhidlərimiz Salyayev Aqil Anar oğlunun və Qurbanov Elçin Camal oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrinə baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər. Şəhid ailələrinin qayğı və problemləri dinlənilib.

Söhbət zamanı şəhidlərin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Akif Bəşirov 2020-ci il oktyabr ayının 8-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Nazim İsmayılov 2020-ci il iyul ayının 16-da Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən o, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv