Xəbərlər
Paytaxtda birinci Avropa Oyunları ilə əlaqədar “Alovqoruyanları”n yürüşü keçirilib
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşünü təşkil edib.
Dənizkənarı Milli Parkda Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş parkın Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.
Yarışın qalibləri Avropa Oyunlarına açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub.