YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Ulu öndər Heydər Əliyev Vətən, xalq qarşısında misilsiz xidmətlər göstərib

«Ulu öndər Heydər Əliyev Vətən, xalq qarşısında misilsiz xidmətlər göstərib. Böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib». Bu fikirləri BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Onun sözlərinə görə, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü  siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

«Bu gün Azərbaycanda elm və təhsilə dövlət qayğısı yüksəkdir. Bunun nəticəsində bu sahələr dinamik inkişaf edir. Təbii ki, bu amil intellektual potensialımızın da güclənməsində mühüm rol oynayır»- deyə, A.Məhərrəmov vurğulayıb.