YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər tarixinin qəhrəmanları: Qarabağ fatehləri”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “Zəfər tarixinin qəhrəmanları: Qarabağ fatehləri” adlı layihənin icrasına start verib.

Layihə rəhbəri Rəsul Səlimzadə deyib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi qovdu: “Əlbəttə ki, bütün bunlar şəhidlər, qazilər, qəhrəmanlar hesabına baş verdi. Silahlı Qüvvələrimizin 3 min nəfərə qədər hərbi qulluqçusu şəhid, 12 minə qədəri isə qazi, müharibə veteranı oldu. Bu gün Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi yoxdur ki, şəhidi olmasın. Bu şəhadət isə hər bir azərbaycanlı üçün müqəddəsdir. Bu səbəbdən də hazırda hər bir azərbaycanlı 44 günlük Vətən müharibəsində şəhid, qazi olmuş hər bir hərbçi haqqında böyük qürur və fəxarətlə danışır”.

R.Səlimzadə bildirib ki, Bakı şəhərinin Nizami rayonu da bu baxımdan istisna təşkil etmir: “Rayonun 44 günlük Vətən müharibəsində 32 şəhidi, 120-yə qədər qazisi oldu. Müharibədən 2 il müddət keçməsinə baxmayaraq, bu gün də rayon sakinləri şəhidlər, qazilər haqqında fəxrlə danışır, xatirəsini dərin hörmətlə anırlar. Elə bu səbəbdəndir ki, həmin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə kitabın hazırlanması məqsədə müvafiqdir. Kitabın hazırlanması onların əziz xatirəsinə dərin hörmətin və ehtiramın göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün çıxışlarından şəhidlərin, qazilərin, müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasını, onlara diqqətin göstərilməsini tələb kimi qarşıya qoyub. Düşünürük ki, bu layihə də Nizami rayonunda şəhidlərin haqqında gənclərin maarifləndirilməsinə vəsilə olacaq”.

Qeyd edək ki, Bakı şəhəri, Nizami rayonunun şəhidlərini əhatə edəcək kitab biblioqrafik və informativ xarakterlidir. Kitabın Zəfər günü ərəfəsində təqdimatının keçirilməsi nəzərdə tutulub.