Xəbərlər
Azərbaycan xalqı ağı-qaradan seçən xalqdır

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır. Xalqdan ayrı düşmüş və bu gün xaricdən maliyyələşən radikal müxalifət ünsürləri olan Altay Göyüşov, Məhəmməd Mirzəli və bunlar kimi vətənə xain çıxan ünsürlər bu gündə Azərbaycan xaqlının mənafeyinə zidd olan fikirlər səsləndirməklə düşmən dəyirmanına su tökürlər. Azərbaycan Ordusunun Zəfərinə hörmətlə yanaşmaq əvəzinə iftira, böhtan atmaqla Rəşadətli Ordumuzun qələbəsini kölgə altına salmağa, Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın qələbəsini heçə endirməyə çalışırlar. Həyatlarında bir dəfə də olsun müqəddəs şəhid dəfnində iştirak etməyən, şəhid ailələrinin və qazilərin problemləri ilə maraqlanmayan müxalifət nümayəndələri sosil şəbəkələrdəki açıqlamaları ilə özlərini ifşa etmiş olurlar. Adını müxalifət qoyan yuxarıda adlarını çəkdiyimiz ünsürlər Azərbaycanının milli mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirirlər. Onlar başa düşməlidir ki, şəhid ailəsi, qazi, müharibə veteranları sosial şəbəkə aləti deyil.
Yeri gəldi-gəlmədi xalq, vətən deyərək bağıran Əli Kərimlilər “bizə müharibə lazım deyil”, “Azərbaycan geri çəkilsin” şüarları səsləndirməklə bir daha xəstə təxəyyülə malik olduqlarını sübut edən vətən xainləridir.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, əzalarının bir hissəsini itirmiş qazilərimiz haqqında xoşagəlməz fikirləri səsləndirməsi onların hansı siyasi məqsəd güddüklərini nümayiş etdirir. Bu cür vətən xainlərinə aramızda yer yoxdur, onlar birmənalı olaraq ciddi cəzalandırılmalıdır. Fakt odur ki, uzaqgörən Azərbaycan xalqı bu cür antimilli ünsürləri yaxşı tanıyır, onların cavablarını layiqincə verir.
Müdrik Azərbaycan xalqı liderinin ətrafında sıx birləşməklə ölkəmizin inkişafında yaxından iştirak edir, onun siyasətini dəstəkləyir.