YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni üslubu ilə danışanlar

“Azərbaycan hər zaman müharibənin əleyhinə olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəyə qarşı olduğunu deyir, Ermənistanla sülh müqaviləsi bağlanılması üçün çıxışlar edir. Xalqımız da hər zaman sülh istəyir. Lakin sapı özümüdən olan baltalar - Əli Kərimli, Arif Hacılı, Sevinc Osmanqızı, Altay Göyüşov, Qənimət Zahid Azərbaycanı başqa ölkənin ərazisinə təcavüz etməkdə ittiham edirlər. Bunların sərsəm açıqlamaları anti-Azərbaycan mövqeyində olduqlarının bariz nümunəsidir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

A.Əsgərli deyib ki, dövlət, xalq şəhidini qarşılayan zaman onlar mitinqə çağırış etməklə sabitliyi pozmağa çalışırlar: “Bu gün dövlət-xalq birliyi açıq aydın görünür. Belə bir zamanda dövlətin, cəmiyyətin bir amalı var ki, cəbhədə təxribatların qarşısı alınsın. Hazırda ölkədə siyasi birlik hökm sürür. Dövlət, xalq və ordu birgə əzmlə düşmənə qarşı mübarizə aparır. Onlar isə deyir ki, Zəngəzur nəyimizə lazımdır. Bizim hədəflərimizdən biri budur ki, Zəngəzur dəhlizi yaransın. Əvvəla, ora bizim tarixi torpaqlarımızdır. Biz heç bir ölkənin ərazisini işğal etmirik. Sadəcə biz İrəvanı sülhə məcbur edirik. Ermənistanda əhali küçələrə çıxıb sülh istəmədiklərini deyirlər. Azərbaycan Ermənistanın təxribatlarına cavab verir. Amma bizim içimizdə olan erməni üslubu ilə danışanlar isə dünya ictimaiyyətində Azərbaycanı gözdən salmaq istəyirlər. Belə olan halda onların ermənidən nə fərqi var?! Bunlar hər zaman xalqın gözündə cılız olublar”.