Xəbərlər
Türkiyə XİN: Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir

Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi tviter hesabında Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə edilən paylaşımda bildirilib.
Paylaşımda, həmçinin deyilir: “Bakının işğaldan azad olunmasının 104-cü ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi hisslərlə təbrik edir, Vətən üçün canlarını fəda edən bütün şəhidlərimizə rəhmət diləyirik.
Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.