YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qisas qiyamətə qalmadı!

Qaradağ rayonunun Lökbatan qəsəbəsində 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, idarə, müəssisə, təşkilat rəhbərləri, Birinci Qarabağ müharibəsi əlilləri şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin xatirəsinə hazırlanan barelyefin önündə davam edən tədbirdə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, Rəşad və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Qeyd edək ki, Rəşad Abdullayev 2020-ci ilin sentyabrın 29-da Murovdağ istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv