Xəbərlər
Deputat Naftalanda yüksək bal toplayan tələbələrlə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində yüksək bal toplayan tələbələrlə görüşüb.
Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ağsaqqallar və ziyalılar iştirak edib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulub. Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Çıxış edən Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar və deputat tərəfindən hədiyyələr təqdim olunub.