Xəbərlər
Azərbaycan Prezidenti Pakistan Prezidentinə başsağlığı məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanda baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla əlaqədar Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.
Dövlətimizin başçısı məktubunda bu faciə ilə əlaqədar Prezident Arif Alviyə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.