Xəbərlər
Peter Mixalko: Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko rəsmi tviter səhifəsində Azərbaycanın London şəhərindəki səfirliyinə hücumla bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik: “Dünən Azərbaycanın Londondakı səfirliyinə hücumdan dəhşətə gəldim. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olması məni sevindirdi”.