Xəbərlər
Vyetnam Prezidenti Truonq Tan Sanq tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilmişdir
Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir.
Mərasim Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Sonra Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.
Mərasimdə Vyetnam incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.
Dövlət başçıları və xanımları incəsənət ustaları ilə görüşdülər.