Xəbərlər
Rocer Çukerman: Azərbaycanın sürətli inkişafı böyük təəssürat doğurur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Rocer Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssürat doğurduğunu diqqətə çatdırıb və Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfədən danışaraq ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.