YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Exitpolun nəticələrinə görə seçicilərin 97,5 faizi Nursultan Nazarbayevə səs verib

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 97,5 faizi Nursultan Nazarbayevə səs verib.
Bunu Mərkəzi Seçki Komissiyasında təşkil olunan brifinqdə Demokratiya İnstitutunun direktoru Yuliya Kuçinskaya bildirib. O, qeyd edib ki, institut bütün regionlarda, eləcə də Astana və Almatıda ümummilli exitpol keçirib. Exitpol nəticəsində səslərin belə bölüşdüyü müəyyənləşib: Nursultan Nazarbayev – 97,5 faiz, Abelqazi Kusainov – 0,63 faiz, Turqun Sızdıkov -1,87 faiz.
Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu seçkilərdə görünməmiş seçici fəallığı qeydə alınıb. Belə ki, ilkin məlumatlara görə, səsvermədə seçicilərin 95,11 faizi iştirak edib.
Seçkiləri 900-ə yaxın xarici və 30 min yerli müşahidəçi izləyib. Səsvermə prosesini işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Müşahidəçilər qeyd edirlər ki Qazaxıstanda seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçib.