YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə səfirliyində Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri müzakirə olunur

İyulun 7-də “Diplomatiya həftəsi” çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyi, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə çıxış edən XİN-nin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva ötən “Diplomatiya həftəsi”nin 44 günlük Vətən müharibəsindəki Zəfərimizə həsr olunduğunu xatırladıb. O, “Diplomatiya həftəsi”nin artıq üçüncü ildir keçirildiyini qeyd edib.

“Azərbaycanla-Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Tarixdə belə sıx münasibətləri olan ölkələri tapmaq mümkün deyil. Ölkələrimiz arasında müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Azərbaycan Türkiyənin dəstəyini həmişə hiss edib. Münasibətlərimizin sağlam təməllər üzərində qurulması bütün dövrlərdə özünü göstərib”, - deyə Leyla Abdullayeva diqqətə çatdırıb.