Xəbərlər
Yevda Abramov: Azərbaycanda insan hüquqları Konstitusiya çərçivəsində tam təmin olunur
«Azərbaycanda insan hüquqları Konstitusiya çərçivəsində tam təmin olunur». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, Azərbaycanda hüquqi-demokratik dövlət qurulub. Onun sözlərinə görə, insan hüquqlarının təminatı dövlətin ali prinsiplərindən biridir.
«İlk Avropa Oyunları ərəfəsində bəzi xarici və daxili dairələr ölkəmizdəki demokratik mühitə kölgə salmağa çalışırlar. Adətən, nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı qərəzli kampaniyalar həyata keçirilir. Amma bu cəhdlər bu dəfə də heç bir nəticə verməyəcək. Həmin dairələr keçmiş təcrübələrinə baxsalar bunu anlaya bilərlər»- deyə, Y.Abramov vurğulayıb.