YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Regionda davamlı sülh, əmin-amanlıq və inkişaf üçün normal qonşuluq münasibətlərindən başqa bir seçim yoxdur

Otuz il ərzində Ermənistanla müharibə şəraitində yaşamışıq və bu dövrdə heç bir danışıqlar müsbət nəticə verməyib. Bölgədəki hər kəs başa düşməlidir ki, regionda davamlı sülh, əmin-amanlıq və inkişaf üçün normal qonşuluq münasibətlərindən başqa bir seçim yoxdur. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi bu reallıqları başa düşəcək.

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Münasibətlərin irəli aparılması üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Azərbaycan hər zaman buna çalışır. Bu, bölgə ölkələri tərəfindən qəbul edilməlidir. Müasir dünyada gedən proseslər çərçivəsində ölkələr və beynəlxalq təşkilatlar da beynəlxalq hüquqdan kənar davranışların nə qədər böyük fəsadlara gətirib çıxaracağını daha aydın başa düşürlər”, - deyə nazir qeyd edib.

Sərhədlərin delimitasiyasının uzun vaxt tələb edən bir proses olduğunu bildirən C.Bayramov deyib: “Ermənistan-Azərbaycan münasibətlərinin keçmişini nəzərə alaraq, başa düşürük ki, bu, sadə proses deyil, kifayət qədər həssas məqamlardır. Ancaq prosesin başlamasının özü müsbət addımdır”.

Nazir, həmçinin qeyd edib ki, delimitasiya komissiyasının həmsədrləri növbəti iclasın vaxtını hələ razılaşmayıblar.