YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı dövlətlərlə yüksək səviyyəli əlaqələr qurulub

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Prezident İlham Əliyev tədbirdə çıxış edərək ictimaiyyəti maraqlandıran bir çox məsələlərə toxundu, olduqca dəyərli fikirlər səsləndirdi. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmləndiyini, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlərin imzalandığını, əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində işlərə başlanıldığını qeyd edən cənab Prezident Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili olduğunu vurğuladı.

Bəli, Azərbaycan xarici ölkələrlə, o cümlədən Xəzəryanı dövlətlərlə dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlərin qurulmasında, eyni zamanda regionda davamlı sülhün təmin olunmasında maraqlı olan ölkədir. Ölkəmiz tərəfindən hər zaman bu istiqamətdə mühüm addımlar atılıb, real işlər görülüb. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, günü-gündən Azərbaycanın beynəlxalq nüfuzu artır, dostlarının, strateji tərəfdaşlarının sayı durmadan çoxalır. Bu gün Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edib.

Qürurverici haldır ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Son zamanlar Azərbaycan Respublikası tərəfindən nəqliyyat sektorunda irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, müasir hava limanlarının inşa edilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikilməsi, dəmir yolu xətlərinin çəkilməsi, sözügedən nəqliyyat dəhlizlərinin inkişafı üçün atılan addımlar hesab olunur ki, bu da ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsində olduqca mühüm rol oynayır.

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə, Qarabağda və Şərqi Zəngəzurda bərpa, yenidənqurma işləri həyata keçirir. Eyni zamanda, bu bölgənin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görür. Fəxrlə deyə bilərik ki, Azərbaycanla yanaşı digər Cənubi Qafqaz və Xəzəryanı ölkələrin tranzit imkanlarının artırılmasında mühüm rol oynayacaq Zəngəzur dəhlizi artıq reallığa çevrilir.