YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dayanıqlı mövqeyə və nüfuza malik olmasından xəbər verir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Məlum olduğu kimi 30 iyun 2022-ci il tarixdən Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

Ölkə Prezidenti cənab İlham Əliyev konfransda geniş və məzmunlu nitq söyləyərək bir sıra aktual məsələlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Bildiyimiz kimi öz xarici siyasətində heç bir hərbi alyansa və birliyə qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycanın bu hərəkatın üzvü olması onun sülhün və təhlükəsizliyin təminatına tövhə verən bir dövlət kimi tanınmasına dəlalət edir. Eyni zamanda Respublikamız Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etməklə bu qurumun məqsəd və prinsiplərinə öz müsbət töhfəsini verir.

Bu günə qədər Azərbaycan bir sıra Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir ki, bu dövlətimizin müasir Beynəlxalq münasibətlər sistemində özünəməxsus dayanıqlı mövqeyə və nüfuza malik olmasından xəbər verir. Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının ölkəmizdə keçirilməsi söylədiklərimizə bariz nümunədir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında nitq söyləyən Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, ölkəmizin Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduğunu, fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışması barədə məlumat verdi.
Prezident cənab İlham Əliyev öz çıxışında dünyanı cənginə almış Pandemiya dönəmində Azərbaycanın üzrərinə düşən öhdəlikərin layiqincə gəlməsindən və ölkəmizin bu istiqamətdə atdığı humanitar addımlardan da geniş bəhs etdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması və beynəlxalq arenada söz sahibinə çevrilməsi dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir.