Xəbərlər
Lənkəranda şəhid övladları üçün əyləncəli tədbir keçirilib
Yeni Azərbayacan Partiyası Lənkəran rayon təşkilatı, YAP Lənkəran 2 saylı ərazi partiya təşkilatı Vətən müharibəsi şəhidlərinin övladları üçün əyləncəli tədbir təşkil edib.
20 şəhid övladının iştirak etdiyi tədbirdə müxtəlif musiqi proqramı, əyləncəli oyunlar təqdim olunub.
Çıxış edənlər bildiriblər ki, Vətən uğrunda canlarını qurban verən şəhidlərin övladları bizə əmanətdir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Sonda YAP Lənkəran rayon təşkilatı tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.