Xəbərlər
Andrey Savinix: Dünyanın çağırışlarına cavab vermək üçün səylərimizi birləşdirməliyik
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi çox faydalı və gözəl təşəbbüsdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çox mühüm addımlar atılıb, quruma yeni nəfəs gəlib. Quruma üzv ölkələr arasında əlaqələr yeni mərhələyə adlayıb.
Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Belarus parlament heyətinin nümayəndəsi Andrey Savinix deyib.
“Bu gün dünyada gərgin hadisələr baş verir. Bu hadisələrin fonunda BMT də daxil olmaqla beynəlxalq təşkilatlar və institutlar öz işinin öhdəsindən gələ bilmir. Qoşulmama Hərəkatının bu kontekstdə fəaliyyəti artıb və daha doğrusu, öz köklərinə qayıdıb”, - deyə Andrey Savinix bildirib.
O qeyd edib ki, dünyanın çağırışlarına cavab vermək üçün səylərimizi birləşdirməliyik. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu istiqamətdə ən gözəl formatdır. Biz Bakı konfransında bəzi mühüm məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, Bakı konfransı öz töhfəsini verəcək.