YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı - Qarabağ, Şərqi Zəngəzur “- yeni şəhər layihələri dünyanın diqqətini Azərbaycana cəlb edir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı dünya birliyinin, eləcə də ölkənin qarşısında duran bir sıra aktual məsələlərə toxundu. Bildirildiki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.

Qeyd edilməlidir ki, dayanıqlı şəhərsalma mövzusu 2020-ci il Vətən Müharibəsindən sonra Azərbaycan üçün daha da aktuallaşıb.

Bu gün Azərbaycan əhalisinin yarıdan çoxunu şəhər əhalisi təşkil edir. Son illər şəhər idarəetməsinin gücləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına, sosial müdafiənin gücləndirilməsinə, nəqliyyatın, ətraf mühit və su idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, aztəminatlı ailələr və digər həssas sosial qruplara dəstəklə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib.

Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, hətta xarici mütəxəssislər onu “Qafqazın Hiroşiması” və ya “Ruhlar şəhəri” adlandırırlar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı ucaltmaq üçün bir dənə də olsun tikili tapmadı. Xarici diplomatlar, jurnalistlər, beynəlxalq QHT-lərin nümayəndələri, eləcə də diaspor nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizm aktlarının şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdiriblər. Azərbaycan işğal zamanı dağıdılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib. Bu istiqamətdə işlərini davam etdirməkdə qərarlıdır.

Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam etdirir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi altında gerçəkləşdirilir. Həyata keçirilən sürətli yenidənqurma işləri xalq - iqtidar vəhdətinin təcəssümüdür.

DİGƏR Xəbərlər Arxiv