YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün işğaldan azad olunmuş digər bölgələrimizdəki kimi Kəlbəcərdə də yenidənqurma və quruculuq işləri aparılır

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Vətən Müharibəsində əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan ən müasir silahlardan məharətlə və bacarıqla istifadə edilməsi nəticəsində Azərbaycan Ordusu şanlı qələbə qazandı.  Müharibədə qələbə qazanmağımıza baxmayaraq bu gün də Azərbaycan Ordusunda islahatlar aparılır, yeni hərbi hissələr yaradılır, ordumuz dünyanın ən müasir silahları ilə təchiz olunur. Hərbi gücümüzün artırılması üçün hər il büdcədən kifayət qədər vəsait ayrılır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev silahlı qüvvələrə göstərdiyi böyük diqqətin nəticəsidir ki,  bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sıralarında yer alır. 2021- ci il dekabrın 24 -də Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Hadrut qəsəbəsində 1ci Komando hərbi hissəsinin açılış mərasimində iştirak etdi. Açılış zaman cənab İlham Əliyev qeyd etmişdir ki, bu cür hərbi hissələrin sayı artırılacaq. Prezident cənab İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş mərasimdə iştirak etdi və hərbiçilərimizin qarşısında çıxış etdi.

Bu gün biz öz milli ordumuzla fəxr edirik və Azərbaycan xalqı qalıb xalq kimi Silahlı Qüvvələr Gününü qeyd edir. Xalqımız öz gücü, birliyi, ordumuza göstərdiyi tükənməz dəstəyi ilə böyük tarixi qələbəyə imza atdı. Torpaqlarımızın 30 illik işğalı zamanı şahidi olduq ki, beynəlxalq hüquq və onun norma və prinsipləri işləmir. Belə olmasa idi 30 il ərzində ermənilər torpaqlarımızı işğal altında saxlamağa cürət etməzdilər. Heç bir beynəlxalq təşkilat Ermənistana təzyiq göstərmədi, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına baxmayaraq Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmədi. Azərbaycan xalqı öz torpaqlarını azad etdi və haq ədaləti bərpa etmiş oldu. Qələbəni təmin edən amillərdən biri də ölkəmizin iqtisadi gücü idi. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf etdi. Azərbaycanda bütün sahələrin dinamik inkişafı güclü ordu quruculuğuna böyük şərait yaratmış oldu.

Cənab İlham Əliyevin yaratdığı azərbaycançılıq və milli ruh ideologiyası nəticəsində gənclərimiz vətənpərvər yetişdilər və Vətəni, xalqı öz canlarından qanlarından  artıq tutdular. Ordumuzun əsas hissəsini təşkil edən bugünkü gənc nəsil öz qəhrəmanlıqları, şücaəti nəticəsində cəmi 44 gün ərzində erməniləri diz çökdürdü və torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq və Ali Baş Komandan cənab İlham Əliyevin güclü və qətiyyətli siyasəti nəticəsində Kəlbəcər rayonu bir güllə atılmadan işğaldan azad edildi. Müharibə zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq və həyata keçirdiyi hərbi taktika dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir və tədris olunur. Artıq dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı qürurla başını dik tutub gəzə bilir. Xalqımız qazandığımız bu qələbə ilə hər zaman fəxr edəcək.

Müharibə başa çatandan sonra ordumuzun arsenalına  ən müasir silahlar daxil olmaqdadır.  Yeni növ silahların alınması üçün müqavilələr imzalanıb, artıq bu silahların Azərbaycana gətirilməsi icra olunur.

Kəlbəcərdə hərbi hissədə hərbiçilərin qarşısında çıxış edən cənab İlham Əliyev bir daha Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etdi. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş hər hansı təxribata yol verərsə onları əvvəlkindən də artıq acı aqibət gözləyəcək.

Bu gün Kəlbəcər və Laçın rayonları da daxil olmaqla azad edilmiş bütün rayonlarımızda hərbi hissələr yaradılır və hərbçilərimizin hərbi xidmət aparmaları üçün bütün şərait yaradılır. Kəlbəcər coğrafi nöqteyi nəzərdən elə bir relyefdə yerləşir ki, bu rayonu işğal etmək çox çətin idi. 1993-cü ildə hakimiyyətdə olan AXC - Müsavat cütlüyünün xəyanəti nəticəsində həmin ilin aprel ayında Kəlbəcər işğala məruz qaldı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə onlar talançılıqla məşğul idilər və ordu quruculuğu ilə məşğul olmurdular.

Bu gün işğaldan azad olunmuş digər bölgələrimizdəki kimi Kəlbəcərdə də yenidənqurma və quruculuq işləri aparılır. Kəlbəcərin infrastrukturu, elektrik enerji sistemi, su təchizatı yenidən qurulur.

İyunun 26-da Prezident cənab İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlqoyma mərasimində də çıxış etdi. İstisu qəsəbəsində ilk olaraq müalicəvi su zavodunun tikilməsi nəzərdə tutulmuşdu. Burada istehsal olunan su ölkə ərazisi ilə yanaşı xarici dövlətlərə də ixrac olunacaq. Kəlbəcər və Laçın rayonları həm iqlim, həm də relyef cəhətdən çətin bir ərazidə yerləşir. Buna baxmayaraq bu rayonların inkişafı üçün çox böyük işlər görülməkdədir. Artıq bu bölgələrdə dörd su elektrik stansiyası tikilib istifadəyə verilib, daha beşinin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Kəlbəcər rayonunun Baş planı artıq təsdiq edilmişdir. İlin sonuna qədər layihələndirmə işləri başa çatdırılacaq və daha sonra yaşayış evlərinin, məktəblərin, xəstəxanaların tikilməsinə start veriləcək. Kəlbəcər və Laçın rayonları təbiətcə çox gözəl bir diyardır. Gələcəkdə bu rayonların inkişaf etdirilməsi və buraya turistlərin cəlb olunması üçün 2024-cü ilin sonuna qədər Hava Limanının tikilməsi nəzərdə tutulur.  Gələcəkdə buraya səfər edən xarici qonaqlar Azərbaycan xalqının neçə böyük və qurub-yaradan bir xalq olduğunun şahidi olacaqlar.

DİGƏR Xəbərlər Arxiv