YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar

«Bu gün uydurma  “erməni soyqırımını” tanıyanların keçmiş nəsilləri vaxtı ilə Osmanlı dövlətini işğal etmək istəyənlərdir. Bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar. Biz daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq». Bu fikirləri Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova YAP-ın təşkilatçılığı ilə «Uydurma “1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri» mövzusunda keçirilən konfransda deyib.

B.Muradova bildirib ki, hələ ki, ermənilərin qondarma “soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu prosesin davam etdiyini deyən vitse-spikerin sözlərinə görə, buna görə də, bizim sakit dayanmağa haqqımız yoxdur.

«Birlikdə bu işin qarşısını almalıyıq. Ermənilərin qondarma “soyqırımı”nı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsi vacibdir. Etiraf edək ki, qondarma “erməni soyqırımı”nın tanıdılmasının qarşısını ala bilmirik. Biz arxayınlaşmamalıyıq ki, bu tanınma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür,  bununla Türkiyəni çökdürmək olmaz, Türkiyə heç zaman çökməyəcək. Amma biz bu proseslərdə birgə və daha güclü mübarizəmizi davam etdirməliyik» - deyə, B.Muradova vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv