YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Özbəkistan əlaqələri yeni dövrə qədəm qoyur

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Azərbaycan Prezidentinin Özbəkistana səfəri olduqca mühim hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyevin Özbəkistanda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qarşılanması, Ulu Öndər Heydər Əliyev adına parkın və büstün açılması ölkəmizə, xalqımıza, həmçinin dövlət başçımıza olan diqqətin, isti və səmimi münasibətin bariz nümunəsidir: "Məlumdur ki, Sovetlər birliyi dağıldıqdan və Azərbaycanla Özbəkistan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri olub. Sonrakı illərdə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilib, dövlətlərarası münasibətlər daha da möhkəmlənib. Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həmçinin Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətlərindən qaynaqlanr.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi “orta dəhliz”in əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Yuxarıda qeyd olunanlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

DİGƏR Xəbərlər Arxiv