YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"YAŞAT" Fonduna müraciət edən 12 mindən çox şəxsin 26 mindən çox müraciəti öhdəliyə götürülüb

"YAŞAT" Fondunun nümayəndələri ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 599 yaralı olmaqla ümumilikdə 16 min 966 şəxslə görüşüb, ehtiyaclarını qeydə alıblar. Fonda müraciət etmiş 12 min 526 şəxsin 26 min 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 min 848-dır.

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.Hüseynov qeyd edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 36 milyon 892 min 200, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə 546 min 346 min 40, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 milyon 336 min 540 manat 51, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 17 milyon 339 min 670 min manat vəsait xərclənib.

DİGƏR Xəbərlər Arxiv