YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurası Nazirlər Komitəsinin sədri gələn həftə Azərbaycana səfər edəcək

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə D.Reyndersin özü aprelin 22-də AŞPA-nın yaz sessiyasında rəhbərlik etdiyi qurumun ötən sessiyadan sonrakı fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərkən deyib.
Çıxışında Avropadakı mövcud münaqişələrdən bəhs edən Didye Reynders bu münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha təhlükəli olduğunu diqqətə çatdırıb və son zamanlar təmas xəttində yaranan gərginlikdən narahatlığını ifadə edib. O, hadisələrin gedişi, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün gələn həftə Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
Son vaxtlar çoxlu sayda insanın tələfatına səbəb olan terror hadisələrinin getdikcə qorxulu vəziyyət aldığını deyən sədr Parisdə və Brüsseldə törədilən terror aktları zamanı onlarla günahsız insanın həyatına son qoyulduğunu xatırladıb və Avropa Şurasına üzv dövlətləri terrorla mübarizəyə çağırıb.