Xəbərlər
Səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu təltif edilib
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs mükafatlandırılıb.
Bununla bağlı Prezident İlham Əliyev iyunun 22-də “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Tərəqqi” medalı ilə, 174 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.