Xəbərlər
Ağdam rayonunun 100 yaşlı sakini ziyarət edilib
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları rayonun Birinci Alıbəyli qəsəbə sakini 100 yaşlı Əzimova Telquba Süleyman qızını ziyarət ediblər.
Ziyarətçilər Telquba Əzimovanın qayğıları ilə maraqlanıblar.
Ahıl yaşlı xanım Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.